Qaçaqmal araq gətirmək istəyərkən saxlanıldı

media-hightechnic-468x90

cff2de7a1506edad981c5eb03b1bc35bAzərbaycan gömrükçüləri ölkəyə qaçaqmalçılıq yolu ilə spirtli içinin gətirilməsinin qarşısını alıb. Bu barədə  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bu günlərdə Aksiz Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycanın aksiz markası ilə markalanmamış spirtli içkilərin-araqların respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Aşırov Rövşən Aşır oğlunun idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, “90-VU-566” dövlət nömrə nişanlı sərnişin mikroavtobusuna baxış zamanı həmin mikroavtobusda sərnişin qismində əyləşmiş İsmayılov Faiq Aydın oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “KREMLİN Avard” və “TALKA” araqları aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600