Qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb

media-hightechnic-468x90

1004937898b8392cdccd62bcbbf38748Ötən gün qaçırıldığı oğlan tərəfindən yandırılan qız ölüb.

media-banner_tuq

Sumqayıt Şəhər Polis İdarəsindən  verilən məlumata görə, Lalə Xanıyeva bu gün səhər saatlarında aldığı yanıq xəsarətlərindən xəstəxanada keçinib.

Qeyd edək ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05