Qadın turistlərə 5 təhlükəli ölkə
Türkiyə qadın turistlər üçün ən etibarsız 5 ölkə siyahısında 2-ci sırada yer alarkən, bunun əsas səbəbi kimi son illərdə qadına qarşı artan zorakılıq göstərilib.
Qadına qarşı zorakılığın yüksək olması və cinsiyyət ayrı-seçkiliyi kimi amillər səbəbindən Türkiyə qadınların getməzdən əvvəl iki dəfə düşünməsi lazım olan ölkələr arasında göstərilib. Məlumatda qeyd edilir ki, qadın turistlər üçün ən etibarsız ölkələr siyahının ilk sırasında Hindistan yerləşir. Hindistanda son illər qadınlara qarşı cinsi istismar, zorakılıq halları və cinayət halları barədə müşahidə edilən artıma diqqət çəkilir.
Türkiyənin isə İslam memarlığının ən gözəl nümunələrini özündə əks etdirən zəngin tarixə mail olması ilə yanaşı, dünyanın ən gözəl sahil ərazilərinə də sahib olduğu vurğulanır, Türkiyədə qadına qarşı zorakılığın isə turistlər üçün təhdid olduğu bildirilir.
Üçüncü sırada ölkədə ədliyyə sisteminin qadınları zorakılıqdan qorumaq üçün yetərsiz olduğu xüsusi vurğulanan Meksika yer alarkən, onu ABŞ və İndoneziya təqib edir.
(modern.az)