Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” - Təqdimat mərasimindən FOTOLAR

Reklam: Sinerji Pro

Cümhuriyyət tarixinin tədqiqatçısı Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Bakıdakı səfirliyində təşkil olunan mərasimdə qardaş ölkənin səfiri Erkan Özoral, sözügedən kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin səfiri Erkan Özoral “Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri” kitabının nəşrini yüksək qiymətləndirərək, müəllifin bu işi ərsəyə gətirmək üçün böyük səylər göstərdiyini vurğulayıb:

“Bakının işğaldan azad olunmasının yüz illiyini iki qardaş ölkənin silahlı qüvvələri və prezidentləri birlikdə, çiyin-çiyinə qeyd etdilər. Azərbaycan xalqı buradakı Türk Şəhidliklərinin qorunması üçün əlindən gələni edib.

Qafqaz İslam Ordusunun qoyduğu izlərin üzə çıxarılması üçün Nəsiman bəyin necə səy göstərdiyini bilirəm. İnanıram ki, bu araşdırmalar davam etdiriləcək və Qafqaz İslam Ordusu ilə bağlı yeni-yeni bilgilər aşkara çıxarılacaq”.

Təqdim olunan kitabın müəllifi Nəsiman Yaqublu isə öz növbəsində kitabın nəşrinə və tədbirin təşkilinə verdiyi dəstəyə görə Erkan Özorala minnətdarlığını bildirib:

“Bu kitabın hazırlanmasında bir məqsədimiz olub: Sovetlər Birliyindən sonra millətə, xalqa gerçək tarix haqqında məlumat vermək. Mənim bütün fəaliyyətimin əsas məqsədi insanların sovet şüurunu dəyişmək və onlara həqiqi tarixi çatdırmaqdır. İnsanların şüurunun dəyişməsində əsas rolu tarix oynayır”.

Nəsiman Yaqublu onu da qeyd edib ki, “15 sentyabrda sadəcə Bakı işğaldan azad olunmadı. O tarixin böyük bir simvolik mənası var. Belə ki, 15 sentyabr həm də dövlətimizin əməli olaraq qurulduğu gündür. Məmməd Əmin Rəsulzadə demişkən, 28 mayda sözlə yaranan dövlətimiz 15 sentyabrda əməli fəaliyyətə keçdi. 28 may olmasaydı, 15 sentyabr, 15 sentyabrsız da 28 may olmazdı”.

Loading...

www.yenicag.az

3219
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100