“Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Yenicag.az xəbər verir ki, universitetin Gülənə bağlı olduğuna dair dövrü mətbuatda davamlı yazılar yayımlanırdı.
Türkiyədəki çevriliş cəhdindən sonra Gülənə bağlı əksər müəssisələr bağlanmağa başlayıb. Dünən Türkiyə fətullahçıların bütün media qurumlarının lisenziyasını ləğv edib.
***
Azərbaycanda fəaliyyət göstərən “Zaman Azərbaycan” qəzeti və qəzetin rəsmi saytı olan Zaman.az bu gün səhər saatlarından etibarən faəliyyətini dayandırıb.
www.yenicag.az