Türkiyənin Adana şəhərində baş verən qətl hadisəsinin təfərrüatları açıqlanıb.
Yenicag.az xəbər verir ki, dünən üç övladının başını kəsdikdən sonra öz biləyini kəsərək intihara cəhd edən qadının heç bir psixoloji problemi olmadığı məlum olub.
Qadının qonşuları ailənin maddi problemləri olduğunu bildiriblər: “Çox yaxşı ailədirlər. Onları yaxşı insan kimi tanımışıq. Bu hadisə necə olub, nə səbəbə olub heç bir fikrimiz yoxdur. Sadəcə onu bilirik ki, maddi çətinliklər səbəbilə evdə söz-söhbət olurdu”.
Hadisə ötən gün Adananın Yüreğir mahalında günorta saatlarında baş verib. Evdar qadın Selma C. ərinin evdə olmadığı vaxt qapını bağladıqdan sonra uşaqlarının boğazlarını kəsib, kəsilmiş başları isə sıra ilə düzüb.
10 yaşındakı Mehmet Emin, 8 yaşındakı Semanur və 4 yaşındakı Mahmud Cice “Şəhid Muharrem Erdoğan” adına orta məktəbin şagirdləri olub.
Hazırda xəstəxanada müalicə alınan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Cəsədlər tibbi ekspertiza üçün aidiyyəti qurumlara aparılacaq və bundan sonra hadisənin dəqiq səbəbləri açıqlanacaq.
www.yenicag.az