Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Qanuni oğru" saxlanıldı - Azərbaycan pasportuna görə

Rusiyanın Şimali Osetiya Respublikasında üzərində saxta Azərbaycan pasportu olan gürcü “qanuni oğru” saxlanılıb.

Yenicag.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə qonşu ölkənin Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb. O saxta sənədlərlə sərhədi keçməyə cəhd göstərib. “Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib. Lakin qismən və ya tam saxtalaşdırılmış sənədlərdən heç biri onun əsl kimliyini göstərməyib.

Sonda əməliyyatçılar adı açıqlanmayan həmin şəxsin Gürcüstan vətəndaşı olduğunu, həm ölkəsində, həm də Rusiyada müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs olunduğunu müəyyənləşdiriblər.

Yenicag.az

www.yenicag.az

768
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100