!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qanunsuz abort edən həkimlər daha ağır cəzalandırılacaq

!Reklam – Yazi

Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur.

COP29

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv