Qanunsuz miqrasiya ilə beynəlxalq mübarizə hələ ikinci dünya müharibəsindən sonra miqrasiya problemi ortaya çıxan zaman başlamışdır. Qeyri-leqal immiqrantların hüquqlarının qorunması və bu mənada qanunsuz miqrasiyaya qarşı effektiv mübarizə- nin aparılması konstektində bir sıra beynəlxalq sənədlərdə birbaşa olmasa da, dolayı göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, prinsip etibarilə qeyri-leqal miqrantlar xüsusi olaraq şərtləndirilən istisnalarla, ölkə ərazisində qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar. Əksər bey- nəlxalq aktlarda göstərilir ki, olduğu yerdən asılı olmayaraq, hər kəsin hüquq subyekt- liliyinin tanınması hüququ vardır (1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannamə- sinin 6-cı maddəsi; Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 16-cı mad- dəsi). Qeyd olunan bu hüquq qeyri-leqal miqrantların da hüquqları sırasında müəyyən mənada baza norması rolunu oynayır. Adı çəkilən sənədlərdə qeyd olunduğu kimi, hər kəs bütün digər şəxslər və orqanlar, eləcə də gəldiyi dövlətin hakimiyyət orqanları tə- rəfindən tanınması məcburi olan hüquq və vəzifələr daşıyır. Səlahiyyətli dövlət orqan- larının qanunsuz miqrasiyanın qarşısının alınması və qeyri-leqal miqrantların dövlətin ərazindən çıxarılması zamanı hər bir insanın yaşamaq və azadlıq hüququna hörmət olunmalıdır.
Beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının və azadlıqlarının qorunması bu sahədə universal beynəlxalq təşkilatın yaradılmasını zəruri etdi. Buna görə də, 1951-ci il dekabrın 5-də Belçikanın paytaxtı Brüssel şəhərin- də keçirilən Miqrasiya məsələləri üzrə Konfransda Beynəlxalq Miqrasiya Təşkilatının əsası qoyuldu. İlk dövrlərdə əsasən, Avropadakı miqrantların, eləcə də qaçqınların və məcburi köçkünlərin müharibədən sonrakı problemlərininin həlli və nizamlı Trans- Atlantik miqrasiya prosesinə yardım məqsədilə Avropada Miqrasiya məsələləri üzrə Hökumətlərarası Komitə kimi yaradılmış Beynəlxalq Miqrasiya Təşkilatı daha sonralar öz fəaliyyətini genişləndirirək diqqətini müxtəlif miqrasiya proseslərinə, həmçinin son zamanların ən böyük probleminə çevrilmiş qanunsuz miqrasiya ilə mübarizəyə istiqa- mətləndirmişdir. Hal-hazırda Beynəlxalq Miqrasiya Təşkilatı coğrafi və proqram baxı- mından daha ümumi məsələlərlə məşğul olur və aşağıdakı sahələrdə fəaliyyət göstərir:
1) Miqrasiya problemlərinin həlli zamanı dövlətlərə və onların salahiyyətli orqanlarına praktiki köməklik göstərmək; 2) Miqrasiya vasitəsilə sosial və iqtisadi inkişafa yardım etmək; 3) Qanunsuz miqrasiya hallarına qarşı dövlətlərin birgə əməkdaşlığını təşviq et- mək; 4) Miqrantların şərəf və ləyaqətinə və onların rifahı halına hötmətlə yanaşılması- na nail olmaq və s.
Lakin, XX əsrin ikinci yarısında beynəlxalq səviyyədə miqrasiya böhranı ilə mü- barizə gücləndirilsə də, son dövrlərdə miqrant axının öz normal axarından çıxması bir daha sübut etdi ki, uzun zamandan bəri həyata keçirilən tədbirlər və qəbul edilən qa- nunvercilik bazası miqrasiya böhranının tənzimlənməsində kifayət qədər effektiv nə- ticə verə bilməmişdir. Hal-hazırda fəaliyyət göstərən müvafiq beynəlxalq mexanizm strukturlarının salahiyyətləri və mandatı bu problemin həlli üçün kifayət etmir. Həmçi- nin mövud olan heç bir təşkilat miqrasiya proseslərinin mümkün olan bütün aspektləri üzrə tam formatda olan ixtisaslaşmaya malik deyil. Buna görə də miqrasiya böh- ranı ilə mübarizədə formalaşdırılan beynəlxalq müdafiə mexanizminin normativləri yalnız miqrant və qaçqınlarla əlaqədar siyasətin ancaq ayrı-ayrı sahələrini tənzimləyə bilir. Təkcə bir faktı qeyd etmək olar ki, 1951-ci ildə yaradılan Beynəlxalq Miqrasiya Təşkilatı miqrasiya siyasətinin tənzimlənməsində mühüm səlahiyyətlərə malik olma- sına baxmayaraq, 2016-cı ilə qədər BMT ixtisaslaşmış orqanı kimi onun tərkibinə daxil edilməmişdir. Yalnız, miqrasiya böhranının öz pik həddinə çatmasından sonra yəni, 19 sentyabr 2016-cı il tarixindən BMT ixtisaslaşmış qurumu kimi tanınmış, ancaq, bütün bunlara baxmayaraq, BMT büdcəsindən maliyyə dəstəyi almaması ilə bağlı qərar qəbul etmişdir.
Bu günə qədər qanunsuz miqrasiya ilə mübarizə sahəsində qəbul edilmiş ən mühüm beynəlxalq sənəd 15 noyabr 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Palermo Konvensiyasını tamamlayan Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı Proto- koludur. Qeyd olunan Protokolun strurukturu preambula (giriş) və 25 maddədən ibarət olmaqla özündə aşağıdakı məsələlərlə bağlı müddəları əks etdirir: kriminallaşdırılması vacib olan ictimai təhlükəli əməllər; miqrantların dənizlə sərhəddən keçirilməsinə qarşı müqavimət tədbirləri; miqrantların cinayət təqibi; sərhəddə nəzarət tədbirləri; sərhəd- dən qanusuz keçirilmiş miqrantların qaytarılması; sərhədlərin etibarlılığı və onlara nə- zarət; sərhədlərin qanuniliyi və həqiqiliyi; əməkdaşlıq və ehtiyat tədbirləri; müdafiə və yardım tədirləri. Və biz qanunsuz miqrasiyanın anlayışı və bu əməllərin kriminal- laşdırılması ilə bağlı Protokolun dövlətlərin üzərinə qoyduğu öhdəliklərlə bağlı bura- xılış işinin birinci fəslində ətraflı bəhs etmişik.
Qanunsuz miqrasiya probleminin son dövlərdə daha da aktuallaşması bu sahədə aparılan tədqiqatları da artırmışdır. Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə qurumu-FRONTEKS Agentliyi tərəfindən aparılmış tədqiqata əsasən, təkcə 2015- ci ildə sərhədlərin qanunsuz yolla keçilməsi ilə bağlı rekord həddə – 1,8 milyon po- zuntu faktı qeydə alınmışdır. Adı çəkilən Agentliyin digər bir məlumatına görə, Aralıq dənizi vasitəsi ilə İtaliyaya gəlmiş qaçqınların ümumi sayı 2015-ci il ilə müqayisədə nə az nə çox, düz 17 faiz artmışdır. Miqrantların qeyri-qanuni şəkildə Aralıq dənizi vasitəsilə Avropa ərazisinə gəlmə cəhdləri bir çox hallarda dənizdə faciələrin baş verməsinə və nəticədə onların həyatlarını itirmələrinə gətirib çıxarmışdır. Bu hal daha çox miqrantları onların həyatı üçün birbaşa təhlükəli üsullarla qanunsuz şəkildə aparan və bununla da külli miqdarda maddi vasait əldə etməyə çalışan transmilli cina- yətkar təşkilatların fəaliyyəti ilə əlaqədardır. Xüsusən, miqrantların Balkan marşrutu üzrə yolları bağlandıqdan sonra, onların əksəriyyəti Aralıq dəinizi üzərindən qeyri-leqal yollarla daşınır. Təkcə 2016-cı ilin noyabr ayında Yunanistan polisi Egey dənizində 4 miqrantın bataraq həlak olduğunu bidlirmişdir. Ciddi narahatlıq doğuran digər bir statistika isə ondan ibarətdir ki, 2014-cü ildə dəniz yolu ilə Avropaya gəlməyə cəhd edən 10.000 kişi, qadın və uşaq həlak olmuş və ya itkin düşmüşdür. Həmçinin, BMT- nin Qaçqınlar üzrə Ali Komissarlığının göstərdiyi məlumata əsasən, 2016-cı il 31 av- qust tarixinə qədər Aralıq dənizində miqrantların həlak olması və ya itkin düşməsi ilə əlaqədar 3169 hal qeydə alınmışdır. Ümumilikdə, miqrantların dəniz yolu ilə sərhəddən qanunsuz keçməsi halları son dövlərlərin ən aktual mövzularından birinə çevrilmişdir. Məhz yuxarıda qeyd olunan halların qarşısının alınması üçün hələ uzun müddət öncə, adı çəkilən Protokolda, miqrantların dənizlə sərhəddən qeyri-qanuni yollarla ke- çirilməsinin qarşısının alınması istiqamətində əməkdaşlığın əhəmiyyəti və belə qanun- suz hallara qarşı müqavimət və ehtiyat tədbirləri nəzərdə tutulmuşdur.
Protokolda o da qeyd olunur ki, iştirakçı dövlət hər hansı bir gəmiyə qarşı tədbir görülməsi zamanı aşağıdakı mümkün ehtiyat tədbirlərini həyata keçirir: a) gəminin gö- yərtəsində olan şəxslərin təhlükəsizliyini və onlara münasibətdə insani rəftarın edilmə- sini təmin edir; b) gəmini və ya onda olan yükü təhlükəyə atmamağın vacibliyini lazı- mi qaydada nəzərə alır; c) bayrağın məxsus olduğu dövlətin və ya maraqlı olan digər hər hansı bir dövlətin kommersiya, eləcə də hüquqi maraqlarına xələl gətirməmək va- cibliyini lazımi qaydada nəzərə alır; d) imkan daxilində gəmiyə dair görülən hər bir tədbirin ekoloji təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir. Son olaraq, adı çəkilən Protokolda sərhəddə nəzarət tədbirləri, sərhədlərin etibarlılığı və onlara nəzarət, sərhədlərin qanuniliyi və həqiqiliyi, sərhəddən qanunsuz keçirilmiş miqrantların qayta- rılması qaydaları, eləcə də texniki əməkdaşlıq və digər növ tədbirlər nəzərdə tutulur.
Hüquqşünas Kamran Xəlilov
www.yenicag.az