Qara dənizdə Komor adaları bayrağı altında üzən və içərisində rus dənizçilərin olduğu tanker yanıb.
Yenicag.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
“Dəmir buynuz” burnundan 5 kilometr aralıda Qara dəniz akvatoriyasında Böyük Britaniyaya məxsus Komor adaları bayrağı altında üzən “Almuntazah” tankeri yanıb. Tankerdə 700 tondan çox mazut olub”, – məlumatda qeyd olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Tankerdə olan 7 nəfər təxliyə olunub.
www.yenicag.az