!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Avstriyadakı ikinci yoxlama oyununda uduzdu

!Reklam – Yazi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş Tula təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Teganə qola 20-ci dəqiqədə Yevgeni Markov imza atıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya, Bolqarıstan) komandasını məğlub edib – 1:0. Komanda iyulun 15-də keçirəcəyi son yoxlama matçında isə “Auqsburq”la (Almaniya) üz-üzə gələcək.

Yoxlama oyunu
11 iyul

Qarabağ (Azərbaycan) – Arsenal (Tula, Rusiya) 0:1
Qol: Yevgeni Markov, 20.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 11. Xayme Romero, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.
Arsenal: 50. Yeqor Şamov, 3. Artyom Sokol, 7. Yevgeni Markov, 10. Evans Kanqva, 20. Qoran Çauşiç, 22. İvan Novoseltsev, 28. Vladislav Panteleyev, 32. Artem Suxanov, 39. Aksel Bornstrem, 70. Georgi Kostadinov, 82. Danil Xluşeviç.
Baş məşqçi: Dmitri Parfenov

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv