“Qarabağ” ÇL-də Liqa mərhələsinə çıxsa, 23 milyon avro əldə edəcək

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə əldə edəcəyi gəlir bəlli olub.

Yenicag.az  xəbər verir ki, Ağdam təmsilçisi pley-offda Macarıstanın “Ferensvaroş” klubunu mübarizədən kənarlaşdırsa, Liqa mərhələsində çıxış edəcək və buna görə 18,6 milyon avro qazanacaq.

Azərbaycan çempionu pley-off mərhələsinə adladığı üçün artıq 4,3 milyon avronu təmin edib. Bu isə o deməkdir ki, Liqa mərhələsinə vəsiqə “Qarabağ”a ümumilikdə 22,9 milyon avro qazandıracaq.

Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”la ilk görüşünü avqustun 19-da səfərdə, cavab matçını isə 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa