"Qarabağ" ev oyunlarını hansı stadionda keçirəcək? - UEFA cavab verdi  

media-hightechnic-468x90

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadionun adı rəsmən bəlli olub.

Yenicag.az xəbər verir ki, Ağdam klubu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Qurban Qurbanovun komandasının müraciətinə UEFA müsbət cavab verib.

Qeyd edək ki, UEFA bundan əvvəl “Qarabağ”ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Bundan sonra Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

“Qarabağ” Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü “Arsenal”a qarşı keçirəcək.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600