“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu, “Ferensvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan) arasında keçirilən qarşılaşmadan sonra bəlli olub.

Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi adını pley-offa yazdıraraq “Qarabağ”a rəqib olub.

Komandalar arasında keçirilən ilk oyun qolsuz başa çatmışdı.

Qeyd edək ki, “Qarabağ”ın pley-offda ilk oyunu səfərdə olacaq. Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Xatırladaq ki, “Qarabağ” daha öncə də “Ferensvaroş”la üz-üzə gəlib. Ağdam təmsilçisi 2022-ci ildə evdə 1:1 hesabı ilə heç-heçə etdiyi rəqibi üzərinə səfərdə 3:1 hesablı qələbə qazanaraq pley-offa adlamışdı./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa