!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” izləyicilərindən bir qədər də uzaqlaşdı - VİDEO

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Günün ilk matçında “Sumqayıt” “Səbail”i qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmadığından, tərəflər meydanı 1 xalla tərk eməli olublar.

Turun mərkəzi qarşılaşması Bakıda keçirilib. Lider “Qarabağ” 3-cü pillədə yer alan “Zirə”nin qonağı olub. İndiyə qədər Ağdam klubuna qalib gələ bilməyən zirəlilər yenə bu istəklərinə çata bilməyiblər. Beş qolun qeydə alındığı matçda 3 xalı “Qarabağ” bayram edib və zirvədəki mövqeyini bir qədər də yaxşılaşdırıb. “Zirə” isə turnir cədvəlinin üçüncü pilləsinə düşüb.

Azərbaycan Premyer Liqası
13-cü tur
26 noyabr (bazar)

“Sumqayıt” – “Səbail” 0:0
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rəvan Həmzəzadə
Bakı. “Kapital Bank Arena”.

“Zirə” – “Qarabağ” 2:3
Qol: V.İsgəndərli, 51. R.Qadze, 67 – R.Almeyda, 21. D.Ndlovu, 26. M.Mədətov, 62.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: “Neftçi” – “Keşlə” – 3:1, “Kəpəz” – “Qəbələ” – 1:6.


www.yenicag.az

2128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv