!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" Kiprdə APOEL-ə uduzdu - YENİLƏNİB 3

!Reklam – Yazi

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu qrup mərhələsinin IV turunda Kiprin APOEL klubu ilə qarşılaşıb.

Bu matçadək A qrupunda 2-ci olan Qurban Qurbanovun yetirmələri Nikosiyanın GSP stadionundakı qarşılaşmaya erkən qolla başlayıblar. Maksim Medvedev 10-cu dəqiqədə hesabı açıb.

Qarşılıqlı hücumlarla keçən oyunda hər iki komanda ardıcıl həmlələr təşkil etsə də, hesab yalnız ikinci 45 dəqiqədə dəyişib. Lukas Souza meydan sahiblərinin bərabərlik qoluna imza atıb.

Lakin “Qarabağ” bu hesabı qoruya bilməyib. Kipr təmsilçisi oyunun sonlarında qələbə qoluna imza ata bilib. İlk iki qol kimi bu top da künc zərbəsindən sonra vurulub. Efrem meydan sahiblərini sevindirib – 2:1.

Qeyd edək ki, qrupun digər oyununda Lüksemburqda “Düdelanj”ın qonağı olan “Sevilya” 5:2 hesabı ilə qalib gəlib. İspaniya klubu bununla da nəinki 1/16 finala vəsiqəni, A qrupunda 1-ci yeri təmin edib.

***

23:15

UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulur.

Yenicag.az-ın məlumatına görə, APOEL qarşılaşmanın 59-cu dəqiqəsində hesabı bərabərləşdirib.

***

22:21

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

Yenicag.az xəbər verir ki, Nikosiyada keçirilən matçın 10-cu dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Maksim Medvedev dəqiq zərbə ilə Ağdam təmsilçisini hesabda önə keçirib – 1:0.

***

21:44

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL – “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

APOEL: 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Əl-Tamari, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef Souza

“Qarabağ”: 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 7. Araz Abdullayev

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv