Qarabağ Komitəsinin bu gün baş tutan toplantısında növbəti Qarabağ mitinqinin keçirilməsinə qərar verilib.
Yenicag.az xəbər verir ki, aksiya dekabrın 15-i, saat 15-00 – 17-00-da Yasamal rayonundakı “Məhsul” stadionuna təyin olunub.
Bu barədə məlumatı Qarabağ Komitəsinin üzvü Pənah Hüseyn özünün “Facebook” səhifəsində paylaşıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 24-nə təyin etdiyi aksiyanın keçirilməsinə icazə verməmişdi.
www.yenicag.az