!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Neftçi”nin qapısından 4 cavabsız qol keçirdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, günün yeganə oyununda “Neftçi” “Qarabağ”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

“Köhlən atlar”ın heyətində 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək hesabı açıb. O, 29-cu dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

37-ci dəqiqədə Marko Yankoviç meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 86-cı dəqiqədə Nəriman Axundzadə adını tabloya yazdırıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” – “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cütün cavab qarşılaşması aprelin 24-də keçiriləcək./Report/

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv