!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” niyə divizion klubu səviyyəsində də deyil?

!Reklam – Yazi

8 komandalı çempionat, I divizionda ardıcıl 2 dəfə çempion olan klubun Premyer Liqaya yüksələ bilməməsi, komandaların maliyyə problemi yaşaması, milli çempionat zamanı tribunaların boş qalması, AFFA rəhbərliyinin futbolun inkişafına biganə qalması və s. Bütün bunlar Azərbaycan futbolunun problemləridir.

Biz sadəcə, hər dəfə futbolun inkişafına dair pafoslu cümlələr eşidirik. Bir-birindən bəlağətli, gəlişigözəl ifadələr işlətməkdə mahirdirlər, amma bunu əməldə icra edən yoxdur.

Belə futbolu olan ölkənin isə futbol brendi “Qarabağ” hesab olunur: son 4 ilin çempionu və ardıcıl olaraq 3 dəfə ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən komanda…

Sözdə Ağdamı təmsil etdiyi deyilsə də, başda klubun sponsoru, “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəl olmaqla, komandanın rəhbərliyi bu məsələyə biganə yanaşır. Belə düşünməyimizə, rəhbərliyin hər dəfə “çempion olaq, kuboku Ağdama aparacağıq” vədi verib, sözünə əməl etməməsidir. Sonuncu dəfə Abdulbari Gözəl Ağdamda yaşayan məcburi köçkünlərin arzusunun ürəyində qalacağını təsdiqləyən açıqlama verib:“Biz Ağdama gedib, enerjimizi itirə bilmərik”. Vəssalam!

Belə qənaətə gəlmək olar ki, “Qarabağ” xalqa deyil, Abdulbari bəyin şəxsi maraqlarına xidmət edir. O, kluba himayədarlıq etməklə, həm də Azərbaycandakı biznesinin uzunömürlü olmasını zəmanət altına alır. “Qarabağ”ı “bronjilet” kimi istifadə edən iş adamı, klubun inkişafı üçün ciddi bir iş də görmür.

Məsələn, indiyədək klubun futbol akademiyasının olmaması bunun əyani sübutudur. Son illərdə bu klub sayəsində ölkə futboluna bəxş edilən, yetişən oyunçu da yoxdur. Bu problem digər klublarda üzə çıxan, bir qədər parlayan oyunçuları transfer etməklə ört-basdır edilir. “Qarabağ”ın bazası ola-ola, son çempionun aşağı yaş qrupları üzrə komandaları Tofiq Bəhramov adına Respublika Stadionunun suni ot örtüklü meydançasında məşq keçir.

Bu baxımdan Çempionlar Liqasında çıxış edəcək “Qarabağ”a Türkiyənin I liqasında mübarizə aparan “Altınordu” klubu əsl nümunədir. Qısa arayış olaraq bildirək ki, İzmir təmsilçisi yalnız yerli futbolçuları yetişdirməklə məşğuldur. Bugünədək Türkiyəyə əsas və aşağı yaş qrupları üzrə 33 futbolçu qazandıran “Altınordu” klubu, bu məsələyə çox həssas yanaşır.

Ən maraqlı məqam ondan ibarətdir ki, klubun futbol akademiyasının öz fərdi təsərrüfatı belə var. Orada meyvə-tərəvəzin yetişdirilməsindən tutmuş, heyvanların bəslənməsinə qədər bütün işləri məxsusi adamlar deyil, futbolçular görürlər. Rəhbərlik belə nümunəvi addım atmaqla futbolçunun həm də yaxşı bir insan kimi yetişməsinə nail olur. Onsuz da “Altınordu”nun şüarı budur: “Yaxşı fərd, yaxşı vətəndaş, yaxşı futbolçu”.

“Qarabağ” rəhbərliyinin işi isə yalnız əsas komandanın uğuruna nail olub, qalan məsələlərə biganə yanaşmaqdan ibarətdir.

Emin Səfərov

Yenicag.az

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv