“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq kanal müəyyənləşdi

media-hightechnic-468x90

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib.

Yenicag.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa