!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” öncə heç-heçə edib, sonra məğlub oldu

!Reklam – Yazi

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində iki yoxlama oyunu keçirib.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi öncə Bakı vaxtı ilə 16:00-da Makedoniyanın “Şkupi” klubunu sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb.

Qurban Qurbanovun çalışdırdığı kollektiv daha sonra saat 18:30-da Ukraynanın “Mariupol” komandası ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda Ağdam klubu məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Antalyadakı ilk sınaq matçında “Kuban”la 2:2, digər oyunda “Lexiya” (Polşa) ilə 1:1 hesablı heç-heçə etmişdi.

Yoxlama oyunları
25 yanvar

“Qarabağ” – “Şkupi” 0:0

“Qarabağ”: Anton Kanibolotski, Elvin Yunuszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Dani Kintana, Tarik Elyunussi, Ağabala Ramazanov, Ramil Şeydayev.

“Qarabağ” – “Mariupol” 2:3

“Qarabağ”: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Əfran İsmayılov.

COP29

www.yenicag.az

1263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv