Qarabağ qazisinin dəfn yeri və vaxtı məlum oldu - FOTO/YENİLƏNDİ

media-hightechnic-468x90

Qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 11-də dəfn olunacaq.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Qarabağ müharibəsi veteran Rey Kərimoğlu bildirib. O qeyd edib ki, Qoşqar Hacıyev “Qurd qapısı” yaxınlığında hərbiçilərin qəbiristanlığında dəfn olunacaq:

“Dəfn məsələləri dövlət tərəfindən həyata keçiriləcək. Təşkilati işləri Müdafiə Nazirliyi görəcək. Hazırda Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurban Heydər Məscidindədir”.

***

10:15

Qarabağ qazisi Qoşqar Hacıyev dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, 1986-ci il təvəllüdlü qazi bu gün gecə, saat 02:00-da “Ege Hospital”da vəfat edib.

Qeyd edək ki, Qoşqar Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05