“Qarabağ” səfərdə “Kəpəz”i böyük hesabla məğlub etdi

media-hightechnic-468x90

Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” səfərdə “Kəpəz”i böyük hesabla məğlub edib.

Yenicag.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa