“Qarabağ” “Sumqayıt”a uduzdu

media-hightechnic-468x90

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Yenıcag.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.

“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.

Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05