“Qarabağ” və “Neftçi” yenidən cərimələndi

media-hightechnic-468x90

AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb. 

media-banner_tuq

 

Yenicag.az xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin “Sabah”a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

“Köhlən atlar” buna görə 1500 manat cərimələnib.

“Neftçi” “Sumqayıt”la heç-heçə etdiyi cavab oyununa görə 2200 manat ziyana düşüb. “Ağ-qaralar” azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək. “Gənclik şəhəri” təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.

Eyni cərimə “Araz-Naxçıvan”a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü “Qəbələ” ilə görüşdə sarı vərəqə görüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05