Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub.
Yenicag.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.
Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1647 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.