!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağda Rusiyanın könlündən çox şey keçir, amma...” - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Türkiyə zabitləri bütün Laçın dəhlizi boyunca monitorinq apara, bu zaman müxtəlif texniki vasitələrdən, hətta dronlardan da istifadə edə biləcəklər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya rəsmilərinin Dağlıq Qarabağda əldə edilən razılaşmanın həyata keçirlməsində Türkiyənin rolunu azaldan bəyanatlarına münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Rusiyanın Cənubi Qafqazla bağlı planlarının qarşısında Azərbaycan və Türkiyə kimi qüdrətli dövlətlər dayanıb:

“Rusun könlündən çox şey keçir, amma Azərbaycan da, Türkiyə də bu prosesdə Türkiyənin iştirakını tələb edir. Mətbuatda gedən məlumatlara görə, monitorinq mərkəzində Türkiyənin təmsil edilməsi razılaşdırılıb, bununla bağlı müqavilə də imzalanıb.

Yəni bölgəyə hələlik türk sülhməramlıları gəlməsə də, monitorinq mərkəzində Türkiyə hərbçilərinin olması qərarlaşdırılıb. Üstəlik, həmin Türkiyə zabitləri bütün Laçın dəhlizi boyunca monitorinq apara, bu zaman müxtəlif texniki vasitələrdən, hətta dronlardan belə istifadə edə biləcəklər.

Əlbəttə, Rusiya sözün həqiqi mənasında Cənubi Qafqazı özünün “arxa baxçası”
hesab edir, xəyalından burada müxtəlif oyunlar qurmaq keçir. Amma bunların hamısı cəfəng iddialardır.

Onlar başa düşmürlər ki, bura Rusiyanın sərhədindən kifayət qədər uzaqdır və eyni zamanda, burada qüdrətli Azərbaycan və onun arxasında dayanan qüdrətli Türkiyə dövləti var. Türkiyə Cənubi Qafqazada Azərbaycanla bağlı bütün proseslərdə yaxından iştirak etməlidir”.

Aqil Bəkir

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv