Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağdakı etiraz aksiyalarının arxasında nə dayanır?

İrəvandakı “erməni baharı”ndan sonra etiraz aksiyaları Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə də yayılıb.

Yenicag.az xəbər verir ki, Ermənistan paytaxtındakı etirazçıların “qələbə”sindən ruhlanan Qarabağ erməniləri də qanunsuzluqlara qarşı qiyam qaldırıblar. Etiraz dalğasının əsas səbəbi separatçı rejimin “xüsusi xidmət” əməkdaşlarının iştirakı ilə düşən dava-dalaş olub. Davanı Qarabağda yerləşdirilmiş erməni quldur birləşmələrinin narkotiklərin təsirində olan silahlı üzvləri salıb. Məlumata görə, dava vaxtı terrorçular avtomatların qundağı və dəyənəklərlə 15 nəfər Xankəndi sakininə ağır xəsarət yetirib, onları xəstəxanalıq ediblər.

İyunun 1-dən etibarən, zərərçəkmişlərin qohumları terrorçuların qərargahı qarşısında toplaşaraq, qanunsuzluqlara son qoymağı tələb ediblər. Terrorçuların rəhbərliyi İrəvandan aldıqlara təlimata uyğun olaraq, etirazçılara qarşı güc tətbiq etməyiblər. Bu, hətta etirazçıların özləri üçün də gözlənilməz olub.

Qeyd edək ki, Ermənistanda baş verən hakimiyyət “dəyişikliyindən” sonra erməni cəmiyyətini sarmış xof sanki götürülüb. İndi sıravi ermənilər anlayırlar ki, artıq hansısa dövlət qurumunun qarşısına toplaşaraq, öz hüquqlarını tələb edə bilərlər.

Xarici qüvvələrin “Yumşaq əməliyyat”ı nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan hələlik telekameralar qarşısında öz rolunu oynayır və keçirdiyi görüşlərlə bağlı sosial şəbəkədə müntəzəm məlumatlar paylaşır. Bununla belə, vaxt artıq onu bəsləmək imkanında olmayan, Azərbaycanın işğal olunmuş ərazilərini nəzarətdə saxlamaq üçün onu təbii qaz, enerji və silahla təmin edə bilməyən “ac sahib”indən tam asılı vəziyyətdə olan Paşinyanın, eləcə də bütövlükdə Ermənistanın əleyhinə işləməkdədir. Zaman gedir və Paşinyan artıq konkret nəsə etməlidir.

Cəmiyyət hələ ki, vaxt qazanılması üçün “tısbağa sürəti” ilə aparılan kadr dəyişikliklərini müşahidə edir və bunun nə ilə nəticələnəcəyini gözləyir. Ancaq Paşinyan onu hakimiyyətə gətirmiş kütləyə gec-tez hesabat verməli olacaq. İrəvanda baş vermiş məlum proseslərdən sonra Qarabağ erməniləri də cəsarətlənərək, Kremlin planına uyğun olaraq, bölgədə hakimiyyəti ələ keçirmiş cinayətkar rejimin onları əzən terror maşınına qarşı çıxmağa çalışırlar.

İndi isə müxtəlif ölkələrin agentləri erməni terror rejiminin daxilində yerləşdirdikləri adamlarını hərəkətə gətiriblər. Burada əsas “rol”u erməniləri yedirdib-bəsləməyə daha imkanı olmayan, Qərblə, həmçinin Qərbdəki erməni diasporası ilə “siçan-pişik” oynayaraq, çətin iqtisadi dönəmdə onların “demokrat Paşinyan”ı maliyyələşdirmələrinə, bununla da Ermənistanın yaşamasına şərait yaradan Rusiya oynayır. Hələlik Avropa İttifaqı qarşıdakı 4-5 il ərzində demokratik təsisatların möhkəmləndirilməsi üçün Paşinyana 20 milyon avro vəd edib. Bu isə o deməkdir ki, Paşinyan bu cüzi məbləğin qarşılığında ildə azı iki dəfə Avropa komissarlarına hesabat verməli olacaq. Rusiya isə 20 ildən artıq müddətdə Ermənistana maliyyə yardımı göstərsə də, İrəvandan heç vaxt hesabat istəmirdi. İndi – üstündən 20 il keçəndən sonra Moskva ermənilərlə “borc dəftəri”ni açmağa qərar verib. Ortaya çıxan borc məbləğindən dəhşətə gələn Ermənistan rəhbərliyi vəziyyətdın çıxış yolu kimi ölkəni bütövlükdə Rusiyaya vermək məcburiyyətində qalıb. Rusiyanın bu məsələdə güzəştə getmək istəməməsi Ermənistanın vəziyyətini daha da çıxılmaz edir: Avropa ermənilərə inanmır, Türkiyə düşmən, İran isə Ermənistanı özünə birləşdirmək istəyindədir – bunun üçün bütün şərtlər artıq mövcuddur.

Sərt şəriət qanunları ilə idarə olunan İranda türklər, ərəblər və bəluclardan fərqli olaraq, ermənilərin rahatlığı üçün hər bir şərait yaradılıb. Digər tərəfdən, İran İrəvanın qonşularla münasibətlərinin pisləşməsindən yararlanaraq, Ermənistanın daxili bazarını zəbt etməkdədir.

İrəvanda “hakimiyyət dəyişikliyi” ilə nəticələnən hadisələrin Qarabağda yenidən vüsət alması belə deməyə əsas verir ki, bu proseslər güc strukturlarının ciddi nəzarəti altında həyata keçirilir.

Başqa sözlə, Xankəndində keçirilən mitinqlər də Ermənistandakı Kreml kuratorlarının qeyri-peşəkar “əl işləri”dir.

Yenicag.ru-nun Analitik qrupu

Loading...

www.yenicag.az

1359
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100