“Qarabağ”dan debütant üzərində çətin qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə yalnız 1 qarşılaşma baş tutub. Son çempion “Qarabağ” “Azərsun Arena”da Premyer Liqanın debütantı “Səbail”i qəbul edib.

Qarşılaşma Ağdam klubunun çətin qələbəsiylə başa çatıb. İlk yarıda Pedro Enrikeni zədə səbəbindən itirən meydan sahibləri fasiləyə qədər qırmızı vərəqə ilə meydandan qovulan Ansi Aqollini də itirib. Buna baxmayaraq, matçın son dəqiqələrində sonradan meydana çıxan Əfran İsmayılovun vurduğu qol ağdamlılara vacib 3 xal qazandırıb.

Turun digər matçları şənbə və bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası
10-cu tur
27 oktyabr (cümə)

“Qarabağ” – “Səbail” 1:0
Qol: Ə.İsmayılov, 90.
Qırmızı vərəqə: A.Aqolli, 43.
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
“Azersun Arena”

28 oktyabr (şənbə)

15:00. “İnter” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov
“İnter Arena”

17:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu

29 oktyabr (bazar)

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev
“Bakcell Arena”.