“Qarabağı ermənilərin əlində saxlayan elə Rusiyadır”

media-hightechnic-468x90

88888Məşhur filosof və yazıçı Əlisa Nicat  müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

-Azərbaycanda mədəniyyət və incəsənət tənəzzül etdikdə əməkdar mədəniyyət və incəsənət xadimi, Qarabağ işğal altında qaldıqca general rütbəsi alanların sayı artmaqdadır. Sizcə uğursuzluq və tənəzzülə görə təltif siyasəti nə dərəcədə normaldır?

-Təbii ki, bu anormallıq və məntiqsizlikdir. Adətən ali hərbi rütbələr müharibənin gedişində verilir. Dinc zamanlarrda isə adətən stajla bağlı verilir və onların hamısı ən yaxşı halda polkovnik rütbəsi ilə yekunlaşır. Nadir hallarda kiməsə general rütbəsi verilir ki, həmin şəxs ya güc naziri olur, ya da bunun kimi çox ciddi bir vəzifədə təmsil olunur. Azərbaycanda isə deyilənlərə görə, Ermənistandan 3-4 dəfə çox general var. Başa düşmək olmur ki, bu qədər general nəyə lazımdır və bunu həmin şəxslərə hansı xidmətlərinə görə verirlər? Hörmətli Nəcməddin müəllim neçə il bundan qabaq general-polkovnik rütbəsi alıb. Hansı ki, bu rütbədən sonra ordu generalı rütbəsi gəlir. Heç olmasa bir kənd al, bir şəhər al ki, sənə general rütbəsi və ya Milli Qəhrəman adı versinlər. O vaxt İran həyatından bir pritça yazmışdım. Kimsə Məhəmməd Rzaya xatırladır ki, digər ölkələrdə çoxlu general var, amma bizdə yoxdur. M.Rza da tapşırır ki, bir siyahı tutun və kimlər ki, general rütbəsinə layiqdir, həmin şəxsləri bu rütbə ilə təltif edək. Şah soruşur ki, kimə verək? Ətrafındakı şəxslər deyir ki, şah sağ olsun, sizin dəllək bu rütbəyə layiq adamdır. Neçə ildir ki, sizə xidmət edir. Şah dərhal deyir ki, hə, o çox ağıllı adamdır, ona bu rütbə düşür. Daha sonra eyni qayda ilə şahın dərzisini, mühafizəçisini və s. şəxslərin adını siyahıya yazaraq onları general rütbəsi ilə təltif edirlər. Azərbaycanda da çoxlu general var. Lakin gəlin görək bu generallar hərb sənətinin hansı qanunu bilir. O generallar hansı taktika və strategiyaları tətbiq ediblər? Bütün bunlar göstərir ki, Azərbaycxanda bu rütbə sadəcə olaraq generalların sayını artırmaq məqsədi ilə verilir. Nəticədə, general rütbəsi, general adı da adiləşir və ucuzlaşır. Hələ heç yerdə görünməyib ki, ölkəsi işğal edilən ölkənin bu qədər generalı olsun.

-Azərbaycanda ordu rəhbərliyi vaxtaşırı bəyanatlar verərək işğaldakı torpaqları azad etməyə hazır olduqlarını iddia edir. Necə hesab edirsiniz, işğaldakı torpaqları azad etməyə birbaşa məsul olan şəxslərin belə bir güc və imkana sahib olduqlarını, lakin bunu etmədiklərini bəyan etməsi ən azından mənəvi suç hesab edilə bilərmi?

-Şükürlər olsun ki, deyəsən son vaxtlar bunlar deyilmir. Laskin bu da var ki, komandanlıq işğal faktoru ilə bağlı nə isə deməlidir. Deyə bilməz ki, Dağlqı Qarabağ və ətraf ərazilər işğal edilib və biz heç vaxt bunu azad edə bilməyəcəyik. Təbii ki, deməlidir ki, işğal olunmuş əraziləri azad edəcəyik, geri alacayıq və s. Vəddir də, verilir. Müharibəyə başlamağa icazə verilmir, heç özlərinin də belə bir niyyəti yoxdur. Buna görə də yalnız ümumi sözlər və vədlərlə kifayətlənmməli olurlar. Bu Molla Nəsrəddinlə bağlı bir əhvalatı yada salır. Mollanın bir adama borcu olur. Həmin şəxs borcunu almaq üçün bir həftədən, bir aydan bir Mollanın evinə gəlir və Molla da hər dəfə deyir ki, sabah verəcəm. Bir gün borc sahibi yenə öz borcunun dalınca gələndə qapıya M.Nəsrəddinin arvadı çıxır. O, borcluya deyir ki, narahat olma, Molla qərara gəlib ki, sənin borcunu qum göyərəndə versin. Odur ki, get, qum göyərəndə gələrsən. Borc sahibi çıxıb gedir. Arvad içəri girib Mollaya deyir ki, bilirsən nə oldu? Borc sahibi gəlmişdi, yola saldım getdi. Molla soruşur ki, nə dedin? Arvadı söyləyir ki, heç nə, dedim ki, get qum göyərəndə gələrsən. Molla bundan qəzəblənir və deyir: “Ay axmaq, niyə elə söz vermisən? Qumdur də, birdən bir ilə, beş ilə göyərər. Amma sabah elə şeydir ki, bunu sonu yoxdur. Sabah hamısından daha yaxşıdır. İşğaldakı torpaqların azadlığı ilə bağlı verilən vədlər də bunun kimi bir şeydir.

-Əlisa müəllim, ötənlərdə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bildirdi ki, Azərbaycan dostlarının, o cümlədən Putinin köməyi ilə Qarabağı geri qaytaracaq. Sizcə şeyxin Putinə olan ümidləri özünü doğruldacaqmı?

-Vaxtiylə hörmətli Allahşükür Paşazadə bildirmişdi ki, Məkkəyə gedəcəm, qurban kəsib Allahdan işğaldakı torpaqlarımızın azad olunması üçün dua edəcəm. Mən o zaman yazmışdım ki, duayla torpaq qayıtmır. Torpağı qaytarmağın yalnız bir yolu var ki, bu da şübhəsiz ki, müharibədir. Bu məsələdə Putinə güvənməyə gəlincə, təbii ki, mən bunun üçün heç bir əsas görmürəm. Hörmətli şeyx Putini tanımır. Onun xarakterindən xəbərsizdir. Putin əsl diktatordur və illərdir ki, Rusiyanın başında dayansa da, öz yerini kiməsə güzəştə getmək niyyətində deyil. Bundan sonra da təxminən 15 il hakimiyyət başında qalmaq şansı var. Bu isə o deməkdir ki, Putin hakimiyyətdə Stalindən də çox qalacaq. Ukrayna hadisələri göstərdi ki, Putin işğalçıdır və onun məqsədi sovet imperiyasını yenidən bərpa etməkdən ibarətdir. Hətta bunun mümkün olmadığını və olmayacağını başa düşsə də bu məqsədə çatmaq üçün əlləşir, səy göstərir. Yəqin ki, insanların xarakterinin əbədiliyi, dərinliyi və mürəkkəbliyi kimi məsələlərlə hörmətli şeyx məşğul olmadığı üçün, bu barədə fərqli düşünür. Buna görə də sadəlövhcəsinə Putinin yardımına ümid edir. Halbuki, Qarabağı ermənilərin əlində saxlayan elə Rusiyadır. Əgər Rusiyanın Ermənistanla bu cür hərbi ittifaqı olmasa, bu ölkədə qoşunlarını saxlamasa, ermənilər bir gün də Azərbaycan torpaqlarını öz əllərində saxlamazdılar. Hörmətli şeyx ürəyi təmiz adam olduğu üçün qurdun quzuya rəhm edəcəyini düşünür. Lakin məlum olduğu kimi qurdun işi quzu yeməkdir. Burada hər hansı mərhəmətə ümid etmək mümkün deyil.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600