“Qarabağı “Yeni SSRİ”də görməyə şad olarıq”

media-hightechnic-468x90

82450“Biz Qarabağı Avrasiya İqtisadi İttifaqının (Aİİ) tərkibində görməyə şad olarıq”.
İstinadən xəbər verir ki, bu barədə Yerevanda jurnalistlərə açıqlamasında Ermənistan-Rusiya parlamentlərarası Komissiyanın sədri Nikolay Rıjkov bildirib.

Onun sözlərinə görə, əsas məsələ Qarabağın Aİİ-yə hansı statusda daxil olmasıdır: “Əgər Qarabağ Ermənistan torpağı olsa onda heç bir problem yoxdur. Siz qaydaları bilirsiniz: Həll edilməmiş problemi olan ərazilər ittifaqa qəbul olunmur. Qarabağ məsələsi həll edilən kimi, biz onu Aİİ-nin tərkibində görməyə şad olacayıq”, – deyə Rıjkov əlavə edib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Saziş imzalanan qədər Ermənistan rəsmiləri dəfələrlə Aİİ-yə Dağlıq Qarabağla birgə daxil olacaqlarını bildirirdilər. (azvision.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600