Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Qarabağ" "Atletiko" zəfərinin mükafatı - 1 milyon!

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə oyunda növbəti xalını qazanması Ağdam təmsilçisinin büdcəsini də zənginləşdirəcək.

Yenicag.az xəbər verir ki, Madriddə “Atletiko” ilə 1:1 hesablı heç-heçəyə nail olan təmsilçimizə UEFA tərəfindən yarım milyon avro mükafat ayrılacaq. Bu isə bir milyon manat deməkdir. Tərəflərin Bakıda keçirilən oyununda da 0:0 hesablı bərabərliyin qeydə alındığını nəzərə alsaq, bu, “Qarabağ”ın İspaniya təmsilçisi ilə matçlarda ümumlikdə 1 milyon avro qazanc əldə etməsi deməkdir.

Qeyd edək ki, qrup mərhələsindəki hər qələbənin mükafat məbləği 1,5 milyon avrodur.

Maraq üçün onu da bildirək ki, Ağdam klubu qrup mərhələsinə vəsiqə qazandığı üçün 12,7 milyon avroya da sahib çıxıb.

www.yenicag.az

6182
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM