!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın oyununun vaxtı dəyişdi

!Reklam – Yazi

Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Yenicag.az xəbər xəbər verir ki, Ağdam klubu İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Azərbaycan Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq, XIV turunun “Qarabağ” – “Neftçi” matçının dekabrın 2-dən 1-ə keçirilməsinə qərar verib. Həmçinin 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” oyunları noyabrın 29-dan 28-ə keçirilib.

Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-də baş tutacaq.

www.yenicag.az

3538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv