Qalmaqallı hakim millimizin oyunu üçün Bakıya gəldi

media-hightechnic-468x90

2014-cü ildə Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “İnter” (İtaliya) matçının baş hakimi Miroslav Zelinka yenidən Azərbaycan paytaxtına gəlib.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, çexiyalı referi bu gün AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Estoniya matçının VAR hakimi olacaq.

Xatırladaq ki, Miroslav Zelinka azərbaycanlı azarkeşlərə verdiyi qalmaqallı qərarla tanışdır. O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” – “İnter” matçının 90+4-cü dəqiqəsində Ağdam klubunun təmiz qolunu qeydə almamışdı. Nəticədə oyun 0:0 hesabı ilə yekunlaşmış, “Qarabağ” isə bu kobud hakim səhvinə görə qrupu üçüncü yerdə başa vurmuş və pley-off mərhələsinə yüksələ bilməmişdi.

“Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600