Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Qarabağ”ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.
Məlumata görə, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.
Amma “Dinamo” (Minsk) – “Pünik” cütünün qalibi “Qarabağ”a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionununu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.
Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.
Səpələnməmişlər
PAOK
“Makkabi” (Tel-Əviv)
“Ferentsvaroş”
“Qarabağ”
“Slovan” – “Struqa” cütünün qalibi
“Bodo Qlimt”
“Ludoqorets” – “Dinamo” (Batumi) cütünün qalibi
“Mityulland”
“Sparta”
“Malmö”
APOEL
“Panevejis” – HİK cütünün qalibi
Səpələnməmişlər
TNS (“De Nyu Sayns”) – “Deçiç” cütünün qalibi
“Borats” – “Eqnatiya” cütünün qalibi
“Hamrun” – “Linkoln” cütünün qalibi
“Balkani” – “Santa Koloma” cütünün qalibi
“Flora” – “Selye” cütünün qalibi
“Klaksvik” – “Differdanj” cütünün qalibi
RFŞ – “Larne” cütünün qalibi
“Vikinqur” – “Şemrok Rovers” cütünün qalibi
“Virtus” – “Styaua” cütünün qalibi
“Ordabası” – “Petrokub” cütünün qalibi
“Dinamo” (Minsk) – “Pünik” cütünün qalibi
“Yagelloniya”
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.
www.yenicag.az