Qaradağda yaşayış evini su basdı - VİDEO

media-hightechnic-468x90

Bakının Qaradağ rayonunda yerləşən fərdi yaşayış evini su basıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib”, – deyə qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600