!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaşıqçı hadisəsində ŞOK İDDİA: Cəsədi sobada yandırıblar - VİDEO

!Reklam – Yazi

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra geri qayıtmayan jurnalist Camal Qaşıqçının öldürülməsi etiraf edilsə də, bu günə qədər cəsədini tapmaq mümkün olmayıb.

Yenicag.az xəbər verir ki, jurnalistin cəsədinin binadan çıxarıldığı iddia edilsə də, Türkiyə təhlükəsizlik orqanları cəsədin konsulluq binasından çıxarılmadığı fikrində qərarlaşıblar.

Binada axtarışın aparılmasına isə Səudiyyə Ərəbistanı hakimiyyəti yalnız bir həftədən sonra icazə verib.

Lakin, binada heç bir əl izinə rast gəlinməyib. Verilən açıqlamalarda qatillərdən birinin tibbi ekspertiza mütəxəssisi olması və onun bütün sübutları təmizlədiyi iddia edilib.

“Vatan qazeti”nin xəbərinə görə, polis iqamətgahda olan bütün detalları diqqətlə araşdırıb. Diqqət çəkən detallardan biri isə iqamətgahdakı odun peçi olub. Araşdırma zamanı odun peçinin son alışdırıldığı vaxtın hadisənin qeydə alındığı tarixlə üst-üstə düşməsi bütün diqqətləri bu istiqamətə yönəldib. İddia edilir ki, Qaşıqçı öldürüldükdən sonra cəsədi sobada yandırılaraq, bütün izlər məhv edilib.

Odun peçinin tamamilə təmizlənməsi şübhələri daha da artırıb. Sobadan götürülən maddi sübutlar araşdırma üçün laboratoriyaya göndərilib.

Həşim Səhrablı

COP29

www.yenicag.az

4545
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv