Qayınata kürəkənini avtomobillə vurdu

media-hightechnic-468x90

Qax sakinini avtomobil vurub.

Yenicag.az-ın məlumatına görə, rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov bu gün axşam saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub.

Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.

Qeyd edək ki, bir neçə gün əvvəl də Qaxda avtomobil piyadanı vurub./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600