Qaz və işıqda “sabit tarif” SİSTEMİ – “Məgər bu qurumların büdcəsində kifayət qədər vəsait yoxdur ki...”

media-hightechnic-468x90

Milli Məclisdə müzakirə olunan elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tarif təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, qaz və işığın istifadəsində limitin götürələcəyi təqdirdə, “sabit tarif”in tətbiq olunması təklifi birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı iqtisadçı Günay Hüseynova Yenicag.az-a açıqlamasında bu tətbiqi ədalətli hesab etmədiyini söyləyib:

media-whatsapp-gorsel-2025-06-11-saat-14-34-53_254e88f7

“Ümumiyyətlə, bu qərarın tətbiqini ədalətli hesab etmirəm. Qərarın tətbiqi enerji və qaz təchizatında israfın qarşısının alınması, saxlanc xərclərinin ödənməsi məqsədi üçün nəzərdə tutulub. Məgər bu qurumların büdcəsində xərcləri qarşılamaq üçün kifayət qədər vəsait yoxdur ki, bunu edirlər?! Qanunun tətbiqindən öncə “dünya praktikasında da tətbiq edilib” fikri səsləndirilib”.

“Bu fikrə aydınlıq gətirim ki, dünyanın bir çox ölkələrində israfı önləmək məqsədi ilə bəzi qanunlar tətbiq olunur, amma necə? İspaniya, Türkiyə, ABŞ-də sosial dəstəyə ehtiyacı olanlar üçün onların qeydiyyat/yaşayış ünvanlara xüsusi tarif tətbiq olunur. Bundan əlavə, Türkiyədə yerli, həmçinin xarici vətəndaşlar üçün güzəştli tarif tətbiq olunur. Belə ki, sərf olunan elektrik və təbii qazın müəyyən hissəsini dövlət qarşılayır. Aylıq çeklərdə də qeyd olunur sərf etdiyiniz enerjinin və təbii qazın bu məbləğlik hissəsi dövlət tərəfindən qarşılanır. Bizdə bu qərarın tətbiqi üçün yəqin ki, rayon və kəndlərdən başlanar. Çünki işsizlik və digər səbəblərdən paytaxt Bakıda sıxlıq var”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600