Qazaxıstanda aeroportda partlayıcı olması səbəbindən insanları təxliyə ediblər

media-hightechnic-468x90

Qazaxıstanın Atırau hava limanının binasında sərnişinin əl yükündə partlayıcı maddənin olması barədə məlumatla əlaqədar insanlar təxliyə edilib.

Yenicag.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Antiterror Mərkəzindən bildirilib.

“Atırau-Almatı marşrutuna qeydiyyat zamanı bir şəxs əl yükündə partlayıcı maddə olduğunu bildirərək qəsdən yalan məlumat yayıb. Xüsusi xidmət orqanlarının apardığı yoxlama zamanı bu məlumat öz təsdiqini tapmayıb”, – mərkəzdən bildiriblər.

Bu faktla bağlı Nəqliyyatda Polis Departamenti Cinayət Məcəlləsinin 273-cü maddəsi (“Terror aktı barədə qəsdən yalan məlumat vermə”) üzrə cinayət işi açıb. Yoxlama başa çatdıqdan sonra hava limanının fəaliyyəti bərpa edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05