Qazaxıstanda prezident seçkiləri keçirilir

media-hightechnic-468x90

Qazaxıstanın 15 regionunda prezident seçkiləri başlayıb.

Yenicag.az xəbər verir ki, ölkənin seçki məntəqələrinin əsas hissəsində səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Eyni zamanda, yerli vaxtla saat 06:00-da 86 seçki məntəqəsi səsverməyə başlayacaq.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçiriləcək. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600