Qazaxıstanda saxlanılan yüksək rütbəli məmurlar kimlərdir?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək rütbəli məmuru saxlanılıb.

Yenicag.az xəbər verir ki, Qazaxıstan dövlət agentlikləri nazirin saxlanılma xəbərini təkzib edir.

Lakin ölkənin “Orda” nəşri nazir də daxil olmaqla bir neçə yüksək rütbəli şəxsin saxlanıldığını mənbələrə istinadən yayıb. Bunun fonunda nəşr KNB-nin saxlanılan zabitlərinin adlarını açıqlayıb.

Məlumata görə, nəzarətə götürülənlər arasında Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Əsgər Amerxanov, Milli Təhlükəsizlik Komitəsinin hazırkı sədr müavinləri – Altay Jakanbayev və Meyram Karataev var.

Jakanbayev və Karataevin adları Kiyevdə müxalifətçi jurnalist Aidos Sadıkovun qətlində əli olduğu iddia edilir.

“Buradan belə qənaətə gəlmək olar ki, həbslər Sadıkovun ölümü ilə, həmçinin, KNB-nin xarici kəşfiyyat xidmətinin direktor müavini Bauyrjan Alpışovun işdən çıxarılması ilə bağlıdır”,-  nəşr yazıb. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa