Bu gün Avropa Liqasının “pley-off” mərhələsinə yekun vurulacaq. Azərbaycanı turnirdə təmsil edən iki komandadan biri olan “Qəbələ” cavab matçına səfərdə çıхıb.
Oyunun 6-cı dəqiqəsində Dodo hesabı açıb. Panathinaikos- Qəbələ: 0:1
34-cü dəqiqədə ev sahibi Marcus Berglə hesabı bərabərləşdırıb- 1:1
60-cı dəqiqədə Dodo “Qəbələ”ni yenidən irəli çıxarıb- 1:2
78-ci dəqiqədə Nano yunanların bərabərlik qolunu atıb- 2:2
Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan ilk oyunda hesab açılmayıb. Bu səbəbdən təmsilçimizə Afinada istənilən hesablı qələbə və qollu heç-heçə sərf edir. “Qəbələ” “Panatinaikos” səddini keçsə tariхində ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynayacaq.
Oyun davam edir.
www.yenicag.az