!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” futbol klubunun yerli çempionatda uğursuz çıxışı – SƏBƏBLƏR

!Reklam – Yazi

“Müşahidələrim onu göstərir ki, qısa zaman kəsiyində maddi durumlarının aşağı düşməsi, aparıcı oyunçularını birdən-birə satması istər-istəməz hər komandaya təsir göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qəbələ” futbol klubunun yerli çempionatda uğursuz çıxışı və “Qaradağ Lökbatan” komandasının premyer liqaya yüksəlməsi ehtimalı haqda danışan futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, “Qəbələ”nin yerli çempionatda uğursuz olması ilə bağlı bir çox səbəb var.

“Müşahidələrim onu göstərir ki, qısa zaman kəsiyində maddi durumlarının aşağı düşməsi, aparıcı oyunçularını birdən-birə satması istər-istəməz hər komandaya təsir göstərir. İsnik Alimi “Qəbələ”nin oyununda ən aparıcı fiqur idi və ən yaxşı oyunçulardan biri idi. Demək olar ki, bütün oyunun istiqamətini o müəyyən edirdi. O cümlədən, digər aparıcı futbolçular “Qəbələ” komandasının oyunlarda qalib gəlməsində böyük pay sahibi idilər”, – deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, bu qədər oyunçunun itməsi və daha sonra bəzi yeni transferlərfdə uğursuz olmaqları istənilən bir komandanın başına gələ bilən bir hadisədir:

“Əslində, komandanın bəzi uğurlu transferləri də oldu. Lakin bəlli pozisiyalar var ki, onlardan biri qapıçı pozisiyasıdır. “Qəbələ” qapıçı ilə bağlı həddindən artıq səhvlərə yol verdi. Çempionat başlayandan bu günə kimi komandanın oyunlarına baxsaq, görərik ki, hətta “Qarabağ”a qarşı belə pis çıxış etməyib. Komanda bu oyunda daha öndə və basqılı oynayırdı. Lakin istənilən komandaya qarşı qol da buraxırdı. “Qəbələ”nin indiki səviyyəyə gəlib düşməsi həm də, “Araz Naxçıvan”, “Turan Tovuz” kimi debütant komandaların “Qəbələ”yə nisbətən çempionatda daha yaxşı hazırlaşması idi. Bu komandalar “Qəbələ”yə nisbətən daha balanslı şəkildə komandalarını qura bildilər. Düzdür, klubun daxili problemlərindən xəbərim olmasa da, fikrimcə, bu amillər hər komandaya təsir edə bilən faktorlardır”.

Mütəxəsisis deyir ki, “Qaradağ Lökbatan” məsələsinə gəldikdə, komandanın hazırki vəziyyəti ilə çempionata gəlməyinin mənası yoxdur:

“Hazırda 1-ci dəstədə çıxış edən heç bir komandanın premyer liqada çıxış etmək şansı yoxdur. Söhbət təbii ki komandaların sturuktur, rəhbərlik baxımından deyil, heyətindən gedir. Çıxış etsə belə, onlar üçün axırıncı yer qarantiya olacaq. Lakin çempionat bitdikdən sonra 2-3 ay ərzində komandalar uğurlu transferlər edərək, daha yaxşı vəziyyətə gələ bilərlər. Yaxşı transferlər etmək üçün maddi durumları kifayət qədər yaxşı olmalıdır. Federasiyanın ayırdığı 3 milyonla başlasalar, çox şeyə nail ola biləcəklərinə inanmıram. Əlavə investisiya olmadığı halda, rəqabətdə olmaq çox çətindir. Dayanıqlı komanda yaratmaq istəyirsənsə, təkcə 3 milyonla komanda qurmaq çox çətin olur. Yalnız komandaların müəyyən hazırlıqlarını gördükdən sonra bunun haqqında nəsə demək olar”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən futbol mütəxəssisi Ceyhun Sultanov isə deyib ki, komandanı düşdüyü vəziyyətdən məşqçi çıxarmalı idi, lakin bacarmadı.

“Sözün düzü, cari ildə yerli çempionatda “Qəbələ”nin sonun yer tutacağını gözləmirdim.

Bu gün “Qəbələ”nin heyətinə baxsaq, düşünürəm ki, keçən ilki heyətdən daha da zəifdir. Transferlərdə bir qədər səhvlər buraxıldı. Lakin ümumi götürdükdə “Kəpəz”in heyətindən zəif deyil, güclü idi. Burada bir çox amil var. Fikrimcə, ilk növbədə mən bunu baş məşqçi ilə əlaqələndirirəm. Komandanı düşdüyü vəziyyətdən çıxalmalı idi. Lakin bacarmadı.

“Qaradağ Lökbatan” komandasının yerli çempionata gəlməsi isə reqlament 1-ci yer tutan aşağı liqa komandasının gəlməyini deyir. “Qəbələ” əgər liqadan düşsə, akademiyanın o səviyyədə olmayacağını düşünürəm.

Çempionatda “Qəbələ” və “Qaradağ Lökbatan” olmasının fərqi yoxdur. Sadəcə, “Qəbələ”nin düşməsini istəməzdim. Düşünürəm ki, idman prinsiplərinə uyğun hərəkət olunacaq. Burada itirən “Qəbələ” akademiyası olacaq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv