“Qəbələ” “Qarabağ”a qalib gələrək yarımfinala yüksəldi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” turnirin son qalibi “Qarabağ”ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 71-ci dəqiqədə Ramon Maçado vurub. İlk görüş 2:2 hesabı ilə başa çatdığı üçün “Qəbələ” yarımfinala yüksəlib.

“Qırmızı-qaralar” bu raundda “Sabah” – “Səbail” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600