Qəbiristanlığın çəpəri sökülərək oğurlanıb

media-hightechnic-468x90

31983Cəlilabad rayonda Qəbiristanlığın çəpəri sökülərək oğurlanıb. Hadisə rayonun Pərdi kəndində baş verib.

Hündür təpə ərazisində kənddən təxminən 2 km kənarda yerləşən məzarlığın çəpərləri axşam saatlarında naməlum şəxslər tərəfindən oğurlanıb.

Oğurluqdan sonra qəbiristanlıqda xeyli sayda iribuynuzlu heyvanların məzarların ətrafında gəzişməyə başlayıb. Kənd sakinlərinin sözlərinə görə bəzi insanlar öz doğmalarının qəbirləri mal-qaranın tapdağı altında qalmasın deyə qəbirlərin ətrafına dəmir hasarlar çəkdiriblər. Lakin buna imkanı çatmayan insanların yaxınlarının qəbiri hər gün çəpərsiz qalmış məzarlığa daxil olan heyvanların tapdağı altında qalır.

Çəpərlərin oğurlanması ilə bağlı kənd sakinləri Daxili İşlər Nazirliyinin 102 xidmətinə və rayon polis şöbəsinə məlumat veriblər. Lakin hadisədən 10 gündən çox vaxt keçməsinə baxmayaraq hələ ki , cinayəti törədən şəxslər tapılmayıb. Elə sakinləri də bu narahat edir.

Cəlilabad rayon polis şöbəsindən bildirildi ki, hələ ki, faktla bağlı şübhəli şəxs qismində saxlanılan olmasa da cinayəti törədən şəxs və ya şəxslərin tapılaraq istintağa cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600