Qədim türklərin yaradılış düşüncəsində HƏVVANIN İZİ: Aya-Atamdan yaranan Ay-va adlı qadın - ARAŞDIRMA

media-hightechnic-468x90

Altay və sibir türklərinin əfsanələrində yaradılışın əsas motiv torpaqdır.

Yenicag.az xəbər verir ki, şamanist türklərə görə, Tanrı ilk insanın formasını torpaqdan yaratmışdır.

Özbək türklərinin “Xannaməsi”ndə də Gil xandan bəhs olunur. Bu əfsanəyə görə, Gil xan türklərin və bütün insanlığın ilk xaqanı idi. Bu motivə iran əfsanələrində də rastlanmaqdadır. Burada da insan yaradıldıqdan sonra yer üzünün yaradılışı təsvir edilir. Altay türklərinə görə, Tanrı Ülgən yeri, göyü və insanı yaradır, ilk insana Ərlik adını verərək onu özünə qardaş edir. Ərlik də suların üstündə üzən bir torpaq parçasından yaradılır. Erlik Ülgəndən daha güclü olmaq istədikdə Tanrı qəhrəman Mandı-Şirəni və başqa yeddi nəfəri yaradır ki, onların da sümükləri qamışdam, ətləri torpaqdandır. Dinlərdə əks olunduğu kimi, burada da Tanrı ruh üfləyir. Ancaq əfsanədə ruhun onların qulaqlarına, ağlın isə burunlaırna üfləndiyi süjetinə rast gəlirik. Altay türklərinin başqa bir əfsanəsində isə insanın torpaqdan deyil, ağacdan yaradıldığı motiv də mövcuddur.

Türklərin insanın yaradılışı ilə bağlı əfsanələri arasından maraq doğuranlardan biri də XV əsrdə Əbubəkr ibn Abdullah ibn Aybək ed-Dəvadar adlı misirli tarixçi tərəfindən “Ulu xan Ata Bitikçi” adlı türkcə kitabın farsca tərcüməsində taparaq mətni yenidən yazıya alır. Əfsanə leysan yağışlarının yaratdığı sel sularındakı palçıqların Qaradağ adlı mağarada insan şəklinə bənzər oyuqlara tökülməsilə başlayır. Su ilə topraq bir müddət bu yarıqlarda qalır, Günəş də palçığı qızdıraraq bişirir. Mağara ana rəhmi vəzifəsini yerinə yetirir. Su, torpaq və od ünsürlərindən meydana gələn varlıq doqquz ay hava ilə təmas edir, beləliklə, bilinən dörd ünsür birləşir. Doqquz ay sonra oradan insan şəklində çıxan varlığın adı isə Ay-Atamdır. Aya-Atam orada qırx il qaldıqdan sonra onun yaradılışındakı proses təkrarlanar və yeni insan yaranar ki, o da “Ay üzlü” mənasına gələn Ay-va adlı qadındır.

Bundan başqa, dinlərdə təsvir edilən yasaq olumuş meyvədən yeyilməsi motivi şumer, yunan, altay və başqa türk xalqlarının əfsanə və miflərində də rast gəlinməkdədir. Bu mənada, yakut türklərinin yaradılışla bağlı əfsanələri, beləliklə düşüncələri qarışıqdır.

Yakut yaradılış əfsanəsindən Tanrı və şeytanın təbii şəkildə var olduğu anlaşılır. Yaktlara Yerin əzəldən bəri var olduğuna inanırlar. Əfsanəyə görə, Urun Aytoyan geniş dəniz üzərində üzən bir qabarcıq görür və ondan kim olduğunu soruşur. Qabarcıq Tanrıya şeytan olduğunu və suların altındakı yerdə yaşadığını bildirir. Tanrı isə şeytana, həqiqətən, suyun altında torpaq ovarsa, gətirməsini istəyir. Şeytan suya dalır və bir az sonra torpaqla geri qayıdır. Tanrı torpağı suyun üzərinə qoyur və torpaq genişləyib suyun üzərini qaplayır. Bu əfsanədə şeytanın Tanrını öldürməyə cəhd etməsi motivi də əks olunub.

Altay türklərinin yaradılış əfsanəsində isə heç bir şey yoxkən Tanrı Kayra xan ilə suyun olduğundan bəhs edilir. Tanrı Kayra xanın sadəcə su var olduğu üçün ürəyi sıxılırdı. O yalnızlıq içindəykən birdən su dalğalanır Akinə (Ağ Ana) Tanrının gözünə görünərək ona “yarat” deyir. Bundan sonra Tanrı özünə bənzəyən şəxs yaradır. Onlar qaz kimi suyun üzərində uçduqları zaman yaradılan Kayra xandan daha yüksəkdə olma arzusuna düşür. Bu düşüncəsini sezən Kayra xan uçma gücünü əlindən alır və o, suya düşüb boğulmağa başlayır. Tanrıya yalvarır və Kayra xan onu xilas edir. İnsan uça bilmədiyi üçün Tanrı ona suya dalıb torpaq çıxarmasını əmr edir. Ancaq o, pislik fikirləşərək torpağın bir qismini ağzında saxlayır. Kayra xan torpağa “böyü” dediyində onun ağzındakı torpaq da böyüməyə başlayır. O yenə Tanrıya yalvarır, Kayra xan ona tüpürməsini əmr edir, beləliklə, yer üzündə təpələr meydana gəlir. Tanrı onu öz aləmindən qovaraq Ərlik adını verir.

ƏVVƏLİ BURADA

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa