Din və mifologiyanın YARADILIŞ KƏSİŞMƏSİ: Əfsanələrdə maraqlı "var olma" mövzusu - ARAŞDIRMA
Yaradılış yalnız kainatın yaradılması ilə məhdudlaşmır. Müqəddəs kitablarda yaradılışın bir neçə mərhələsi mövcuddur.
Yenicag.az xəbər verir ki, əgər kainat birinci yaradılışdırsa, insan, qadın, digər canlılar iki, üç, dördüncü yaradılışı təşkil edir. Maraqlıdır ki, bir çox miflərdə yaradılışın əsas hissəsni qida maddələri təşkil edir. Bu da tarxii ehtiyacdan irəli gəlir.
Məsələn, şumer mifologiyasında Enlil tanrılara qida istehsal etməsi üçün taxıl ilahəsi Aşnan ilə Laharı yaradır, Çin yaradılış əfsanəsində İlahə Quan Yinin sinəsindən fışqıran süd düyü tarlalarına dolar və insanlar bununla qıtlığa qalib gəlirlər. Yaxud Mayave Şimali Amerika əfsanələrində qarğıdalı tanrıların insana ərməğanı olur. Qaraçıların əfsanələrində insanları qida ilə təmin etmək vatraşi adlı fermerin vəzifəsiydi, hind mifologiyasından izlər daşıyan əfsanələrə görə, yaradılış temasının mərkəzində dayanan ağacdan həm heyvanlar, həm də insanlar qidalanırddılar. Fin dastanı “Kalavela”da isə hər şey suyun içərisindədir və ilahə Vainomöinen ozanın istəyilə arpa yetişdirərək ona hədiyyə edir.
Çin əfsanələri yaradılış baxımından zəngindir. Eyni xalqın düşüncə məhsulu olmasına baxmayaraq, bu əfsanələrdə yaradılışla bağlı müxtəlifliklər nəzərəçarpacaq dərəcədə çoxdur. Məsələn, “Huanian Zi” adlı əfsanədə insanların Qi adı verilən saf nəfəsdən yaradıldığı bildirilir, lakin yaradıcı qüvvə haqqında məlumat verilmir. Adıçəkilən əfsanədən dörd yüz il sonra yazıya alınan “Wuyun linianji” adlı mətndə insanların Pangunun bədənindəki böcəklərdən meydana gəldiyi bildirilir. Eramızın II-III əsrlərinə aid olduğu təxmin edilən başqa bir Çin mətni olan “Fengsu Tongyı”da yaradılış: “İnsanlar deyirlər ki, səma və ərz yaranıb gözlər önünə sərildiyində hələ insanlar mövcud deyildilər. Nuwa sarı torpağı yoğrub xəmir hazırlayıp insan irqinə forma verdi. Əzm və şövqlə çalışmasına rəğmən vəzifəsini sona çatdıracaq gücü qalmadığından bir ipi palçığın içindən keçirərək ipdən düşən parçalar ilə insanı yaratdı. Buna görə də varlı aristokratlar sarı torpağa forma veirldiyi zaman yaradılan insanlar ikən avam kasıb xalq bu ipdən düşən palçıqlardan yaradılan insandır”, – deyə nağıl edilir.
Maraqlıdır ki, bu əfsanədə yaradıcının yorulmadığından bəhs edilir. Müqəddəs kitablarda da Allahın altıncı günün sonunda istirahətə çəkildiyi qeyd olunsa da, onun yorulmadığı bildirilir. “Fengsu Tongyı” yaradılışının digər maraqlı cəhəti də sosial təbəqələşmənin meydana çıxam şəkli haqda məlumat verməsidir. Bu, hind mifoloiyasındakı kastalarla bənzərlik göstərməkdədir.
Mədəniyyətin beşiyi hesab edilən şumer əfsanələrində dinlərdəki “yoxdan var olma”nın başqa versiyası mövcuddur. Burada da palçıq motivi var və tanrılardan öncə də mövcud idi. Böyük ehtimalla, bu palçığın qarmaşıqlığı və bataqlıq funksiyası “Enuma Eliş”də “xaos”un hökm sürməsinin səbəbidir. Bu əfsanələr çoxtanrılı səciyyə daşıyır. Dünyanın yaranması da bir tanrının ölümü ilə əlaqələndirilir. Belə ki, yaradılışın başladığı andan tanrılar arasında başlayan mübarizə Tiamatın ölümü ilə nəticələnir və MArduk onun cəsədəindən yeni bir dünya yaratmaq qərarına gəlir. Tiamatının meyitini göyü və insanların dünyasını yaratmaq üçün iki hissəyə ayırdıqdan sonra hər şeyin yerində qalması üçün qanunlar müəyyənləşdirir. Əfsanənin əvvəli dünya və insanın yaradılışı ilə başlasa da, başqa tikilinin ortaya çıxması ilə sonlanır ki, bu da bir növ yaradılışdır. Belə ki, tanrılar yeni dünyanın mərkəsində toplanırlar və Mardukun şərəfinə inşa edilmiş məbəd, sonsuz səmanın simvolu olan Zikkurat meydana gəlir və Marduk onun təpəsindəki taxtda oturur.
Şumer mifologiyasında tanrı Enkinin nədən yarandığı bilinmir. Lakin Tövratda keçən qadının Adəmin qabırğasından yardılması motivi vardır. Əfsanədə Həvva ilə qarşılaşdırlacaq şəxs kimi qarşımıza Ninti çıxır. Ninti Enkinin zədələnmiş qabırğasını sağaltmaq çün Ninhursaq tərəfindən yaradılan şəfaçı ilahədir. “Nin” xanım, “ti isə” qabırğa və həyat mənasını verməkdədir. İbranicədə bu sözün qarşılığı Həvva kəlməsidir












