!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəhvə insan ömrünü uzadır

!Reklam – Yazi

Əgər insan gündə iki fincan qəhvə içirsə, o, bununla ömrünü iki il uzada bilər. Mütəxəssislər daha əvvəl dərc edilmiş 40 tədqiqatın təhlilini apararaq bu qənaətə gəliblər. Həmin tədqiqatlar, bütövlükdə 3852651 insanı əhatə edir.

Yenicag.az xəbər verir ki, qəhvənin qəbulu yaşından, çəkisindən, spirtli içki və tütün qəbulundan, həmçinin qəhvənin tərkibindəki kofeinin miqdarından asılı olmayaraq, hər hansı səbəbdən baş verən ölüm riskini aşağı salır. Qəhvə xərçəng, ürək-damar və tənəffüs yolları xəstəliklərinin, diabetin inkişafını ləngidir və ölüm riskini azaldır. Qəhvə içməyin üstünlükləri damar və həzm sistemi xəstəliklərində xüsusilə özünü göstərir.

İsveçli mütəxəssislərin tədqiqatları göstərib ki, kofeinə həssas olan hüceyrələr qanda şəkərin miqdarına nəzarət etməyə imkan verir. Alimlər böyrəklərin hüceyrələrini yenidən proqramlaşdırmağa nail olublar. Beləliklə onlar kofeinin qəbulu nəticəsində insulin əmələ gətirən hüceyrələr əldə ediblər. Praktikada kofeinin tətbiq edilməsi diabet modeli olan gəmiricilərin qanında şəkərin miqdarına daha effektli nəzarəti həyata keçirməyə imkan yaradırdı.

COP29

www.yenicag.az

12091
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv