!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qənirə Paşayeva "Parabankı" biabır etdi: "Aprel şəhidini məhkəməyə necə vermək olar?"  

!Reklam – Yazi

Yenicag.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. O, bu hadisədən sarsıntı keçirən şəhid anasını necə sakitləşdirəcəyini bilmədiyini qeyd edib. Millət vəkilinin “Parabank” rəhbərliyinə ünvanladığı açıq məktubu təqdim edirik:

“Para” BOKT ASC-nin rəhbərliyinə açıq məktub!

Sizə bir az əvvəl rəsmi məktubla yanaşı bir açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının, yəni şəhid anasının bir saatdır həyacandan, əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o, övladının bir müddət əvvəl fəaliyyətdə olan “Para Bank”dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır. Doğrudanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına rəğmən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki, “PARA” BOKT ASC onu cavabdeh qismində məhkəməyə çağırtdırır?! Bunun bir ana üçün nə qədər böyük ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?

“Para” BOKT ASC rəhbərliyi!

Sizə yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğrudanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur?! Məncə, siz də belə düşünürsünüz ki, var. Məncə, siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən (o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii, siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz, amma bu ailə də qurban olmamalıdır) evsiz qalmamalıdır. Hara gedəcək bu ağsaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri, nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardımçı olmalıyıq.

“Para” BOKT ASC rəhbərliyi!

Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasının 1 saata yaxındır ki dayanmadan axan gözyaşlarını durdurmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki, siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidimiz milyonlara alına bilinməyəcək qədər böyük fədakarlıq göstərib: canını qurban edib. Mənim, Onun, Sizin üçün…

P.S. İnanıram ki, bu səmimi açıq məktubu doğru dəyərləndirəcəksiniz.

Yenicag.az

COP29

www.yenicag.az

1209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv